Passport
DİQQƏT! XAHİŞ EDİRİK BU SƏHİFƏDƏKİ MƏLUMATLARI SONA KİMİ DİQQƏTLƏ OXUDUQDAN SONRA SƏNƏDLƏRİ QEYD OLUNMUŞ ARDICILLIQLA HAZIRLAYASINIZ.
Azərbaycan Respublikası vətəndaşının pasportu
“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.
Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır.
Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.
Xarici ölkələrdə müvəqqəti və daimi yaşayan Azərbaycan vətəndaşlarına ümumvətəndaş pasportunun verilməsi, həmin ölkədə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən qanunla tələb olunan sənədlər əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi ilə həyata keçirilir.
Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqlarında həyata keçirilir.
15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.
Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.
Ümumvətəndaş Pasportunun verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlər toplusu
18 yaşına çatmış Azərbaycan Respublikası(AR) vətəndaşları aşağıda sadalana sənədlər toplusu ilə AR-in Birləşmiş Krallıqdakı Səfirliyinin konsulluq şöbəsinə ŞƏXSƏN müraciət etməlidir(şəxsən iştirak etməlidir):
- Ərizə anket
- Etibarlı Şəxsiyyət vəsiqəsi* (əsli və ya keyfiyyətli çap edilmiş RƏNGLİ surəti-hər iki üzü)
- Pasportun əsli
- Hərbi bilet, 18-35 yaş aralığında olan bütün kişilərdən mütləq tələb olunur (əsli və ya keyfiyyətli çap edilmiş RƏNGLİ surəti -bütün səhifələri)
- 25 funt ** məbləğində dövlət rüsumunun ödənilməsi barədə bank qəbzi(proof of payment)
- (həmçinin Sizin şəxsiyyət vəsiqənizin surəti əsasında AR DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində dövlət büdcəsinə qanunla təyin edilmiş rüsum ödənilməlidir)
- 2 ədəd ağ fonda pasport üçün tələb olunan ölçüdə foto şəkil(ərizə-anket üçün) (3x4 və ya 3.5x4.5)(pasporta düşəcək şəkil konsulluqda çəkiləcək)
Pasport oğurlandığı təqdirdə qeyd edilmiş sənədlərlə birgə polis bölməsindən həmin faktı təsiq edən arayış(məktub) əlavə edilməlidir.
QEYD*: Əgər vətəndaşın şəxsiyyət vəsiqəsi yoxdursa və ya etibarlılıq müddəti bitmişdirsə bu halda vətəndaş yalnız Qayıdış Şəhadətnaməsinə müraciət etməlidir. Təqdim edilmiş qayıdış şəhadətnaməsi əsasında Azərbaycan Respublikasına qayıdıb orada Şəxsiyyət vəsiqəsini və Ümumvətəndaş pasportunu yeniləyə/əldə edə bilərlər.
Yuxarıda qeyd edilmiş sənədlər toplusu tam şəkildə hazırlandıqdan sonra vətəndaş YALNIZ +447399636178 (whatsapp tətbiqi vasitəsilə) vasitəsi ilə görüş saatı (appointment) təyin etməklə konsulluğa sənədlərini təqdim edə bilər.
18 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşları aşağıda sadalana sənədlər toplusu ilə AR-in Birləşmiş Krallıqdakı Səfirliyinin konsulluq şöbəsinə ŞƏXSƏN müraciət etməlidir (şəxsən iştirak etməlidir):
- Vətəndaşın şəxsiyyət vəsiqəsi;
- Etibarlıq müddəti bitmiş pasportun əsli;
- 18 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportunun verilməsi haqqında ərizə-anket;
- Qeyd: 15 yaşı tamam olmamış vətəndaş üçün ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.
- 15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.
- Yeni doğulmuş uşağın qan qrupunu təsdiqləyən sənəd.
- Yeni doğulmuş uşağın doğum sertifikatı (apostille olunmuş).
- Valideynlərin notariusda təsdiq edilmiş razılıq ərizəsi (hər iki valideyn səfirliyə gəldiyi təqdirdə ərizə Səfrilikdə tərtib olunur);
- Valideynlərin pasportlarının əsli və ya yüksək keyfiyyətli çap olunmuş RƏNGLİ surəti;
- Valideynlərin Nikah haqqında şəhadətnaməsi (əgər valideynlər arasında nikah pozulubsa, Nikahın pozulması haqqında şəhadətnamə və ya nikahın pozulması faktını təsdiq edən sənəd-notarial təsdiq edilmiş qaydada)
- 25 funt** məbləğində dövlət rüsumunun ödənilməsi barədə bank qəbzi.
- (həmçinin Sizin şəxsiyyət vəsiqənizin surəti əsasında AR DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində dövlət büdcəsinə qanunla təyin edilmiş rüsum ödənilməlidir)
- 2 ədəd ağ fonda pasport üçün tələb olunan ölçüdə foto şəkil (ərizə-anket üçün) (3x4 və ya 3.5x4.5) (pasporta düşəcək şəkil konsulluqda çəkiləcək)
QEYD** : Ödənişlər barədə məlumat sənədlərin qəbulu günü vətəndaşı bildiriləcək.
Yuxarıda qeyd edilmiş sənədlər toplusu tam şəkildə hazırlandıqdan sonra vətəndaş YALNIZ +447399636178 (whatsapp tətbiqi vasitəsilə) ilə görüş saatı (appointment) təyin etməklə konsulluğa sənədlərini təqdim edə bilər.