VİZA

Səfirlik qısa müddətli (ölkədə qalma müddəti 30 günədək müəyyən olunan) vizaların rəsmiləşdirilməsi üçün “ASAN Viza” rəsmi elektron viza portalına (https://evisa.gov.az/az/) müraciət edilməsini tövsiyə edir. “ASAN Viza” elektron viza portalı vasitəsilə müəyyən ölkələrin vətəndaşları 3 iş günü və ya 3 saat (təcili e-viza) ərzində Azərbaycan Respublikasında qalma müddətini 30 (otuz) günədək müəyyən edilən birdəfəlik elektron vizanı rəsmiləşdirilməsi üçün onlayn müraciət edə bilərlər.

Elektron viza ilə bağlı müraciətlər və ya şikayətlər “ASAN Viza”ya ünvanlanmalıdır: https://evisa.gov.az/en/contact 

 


Səfirlik tərəfindən birdəfəlik və çoxdəfəlik viza rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

Search in archive