RƏSMİ SƏFƏR VİZASI
Rəsmi səfər vizası xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarına, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərə və onların ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
- Ərizə-anket (ərizə-anket onlayn doldurduqdan sonra çap edilməlidir);
- Pasportun əsli və surəti (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);
- İki ədəd ağ fonda rəngli fotoşəkil (3x4sm);
- Rəsmi nota;
Viza müraciəti şəxsən (appointment.mfa.gov.az vasitəsilə növbə götürərək) təqdim edilə və ya poçt vasitəsilə Səfirliyin ünvanına göndərilə bilər. Səfirlik sənədlərin daşınma zamanı itməsi və ya zədələnməsinə görə məsuliyyət daşımır. Poçt vasitəsilə göndəriləcəyi halda hazır sənədi geri göndərmək məqsədilə üzərində ünvanınızın qeyd olunduğu və ödənilmiş zərf əlavə edin.
Səfirliyin ünvanı: Embassy of the Republic of Azerbaijan
66 Holland Park, London, W11 3SJ
Qeydlər:
- 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur.
- Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əlavə məlumat üçün: https://www.migration.gov.az/az/oyq