XARİCİ DÖVLƏTİN VƏTƏNDAŞLIĞININ ƏLDƏ EDİLMƏSİ BARƏDƏ MƏLUMATIN VERİLMƏSİ
Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir.
Məlumatın verilməsi üçün keçid: E-Xidmətlər (migration.gov.az)
Sual-cavab:
Sual 1: Birləşmiş Krallıq vətəndaşlığını qəbul etdiyim və bununla bağlı məlumat verdiyim təqdirə avtomatik olaraq Azərbaycan vətəndaşlığımı itirirəm?
- Cavab: Xeyr, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi məhkəmə tərəfindən həll edilir.
Sual 2: Birləşmiş Krallıq və ya digər ölkənin vətəndaşlığını qəbul etdiyim və bununla bağlı məlumat verdiyim təqdirə Azərbaycan pasportu ilə Azərbaycana və ya digər istiqamət üzrə səyahət edə bilərəm?
- Cavab: Bəli, Azərbaycan Respublikasının etibarlı pasportunu daha öncə olduğu kimi istifadə edə, eləcə də vaxtı bitdiyi (itirildiyi, oğurlandığı, yararsız hala düşdüyü) təqdirdə yeniləyə bilərsiniz.