PASPORT RƏSMİLƏŞDİRİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşları üçün:

  1. Şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun əsli və surəti (pasportun itdiyi və ya oğurlandığı hallar istisna olmaqla digər hallarda pasportun əsli tələb olunur);
  2. Ərizə-anket (yalnız 1.1.1.1. - 1.1.1.9. nömrəli bəndlər doldurulmalıdır);
  3. 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə) (fotoşəkil ərizə anket üçün tələb olunur);
  4. 18-35 yaş hədlərində kişi cinsindən olan vətəndaşların hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin və ya möhlət hüququnun verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin əsli;

 

18 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşları üçün:

  1. Şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun əsli və surəti (pasportun itdiyi və ya oğurlandığı hallar istisna olmaqla digər hallarda pasportun əsli tələb olunur);
  2. Ərizə-anket (yalnız 1.1.1.1 – 1.1.2.7. nömrəli bəndlər doldurulmalıdır);
  3. 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə) (fotoşəkillər ərizə anket üçün tələb olunur);
  4. Hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (pasport və ya şəxsiyyət vəsiqələri);
  5. Valideynlərdən biri müraciət zamanı iştirak etmədiyi halda həmin valideynin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi;

 

 İlk dəfə pasport alan 18 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşları üçün:

  1. Şəxsiyyət vəsiqəsinin əsli (olmadığı təqdirdə isə pasport üçün müraciət etmədən öncə fərdi identifikasiya nömrəsi alınması və vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün burada qeyd edilən prosedura edilməlidir);
  2. Doğum haqqında şəhadətnamənin əsli və surəti;
  3. Qan qrupu haqqında tibbi arayış;
  4. Ərizə-anket (yalnız 1.1.1.1 – 1.1.2.7. nömrəli bəndlər doldurulmalıdır);
  5. 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə) (fotoşəkillər ərizəanket üçün tələb olunur);
  6. Hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (pasport və ya şəxsiyyət vəsiqələri);
  7. Valideynlərdən biri müraciət zamanı iştirak etmədiyi halda həmin valideynin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi;

 

Dövlət rüsumları

  1. 25£ - sənədlərin səfirlikdə tərtib edilib göndərilməsinə görə (müraciət zamanı bank kartı vasitəsilə ödənilə bilər);
  2. Aşağıda göstərilən məbləğdə Daxili İşlər Nazirliyinə ödənilən dövlət rüsumu (onlayn qaydada hesab.az və ya digər ödəniş portalları vasitəsilə, eləcə də ərizəçinin yaxınları tərəfindən Azərbaycanda ödənilə bilər (“ASAN xidmət” mərkəzlərində):
  • Ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə 0-1 yaş 15 AZN, 1-3 yaş 25 AZN, 3-18 yaş 35 AZN, 18 yaşı tamam olmuş şəxslər üçün isə 60 AZN.
  • Ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə 0-1 yaş 25 AZN, 1-3 yaş 40 AZN, 3-18 yaş 55 AZN, 18 yaşı tamam olmuş şəxslər üçün isə 75 AZN.

 

Qeydlər:

Müraciət zamanı 18 yaşından yuxarı vətəndaşın şəxsən özu, 18 yaşı tamam olmamış vətəndaşın isə özü və hər iki valideyni/himayəçiləri appointment.mfa.gov.az vasitəsilə növbə götürərək iştirak etməlidir.

Pasportun Səfirlikdə hazır olması təqribən 1-2 ay müddət tələb edir.

Pasport hazır olduqdan sonra həmin pasportu poçt vasitəsilə əldə etmək istədiyiniz təqdirdə üzərində ünvanınızın qeyd olunduğu və haqqı ödənilmiş zərf (pre-paid and self-addressed envelope) təqdim olunmalıdır. Səfirlik poçt göndərişinin itirilməsi və ya korlanmasına görə heç bir məsuliyyət daşımır.

Etibarlıq müddəti qurtarmış pasport müvafiq dövlət orqanına təhvil verilir.

15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.

Search in archive