Doğumun qeydə alinmasi

Doğumun qeydə alınması

Xarici ölkədə Azərbaycan Respublikasının vətəndaşı doğulduqda Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarında doğumun dövlət qeydiyyatı aparılır.

Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq, uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir.

Doğulmuş uşağın valideynləri Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına müraciət edir.

Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir.

Üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri inzibati məsuliyyət daşıyırlar.

 

Uşağa soyad verilməsi:

Uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağa valideynlərin adı ilə soyad verilməsinə icazə verilmir. Soyadlarının dövlət dilinə uyğunlaşdırılması məqsədilə valideynlərin arzusu ilə «-ov», «-yev» sonluqlu soyadlar sözün kökündən asılı olaraq «-lı», «-li», «-lu», «-lü», «-zadə», «-oğlu», «-qızı» sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər.


Doğumun qeydə alınması üçün tələb olunan sənədlər:


Doğumun qeydə alınması üçün müraciət edən şəxs tərəfindən Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına aşağıdakı sənədlər təqdim edilməlidir:

  1. doğumun qeydə alınması haqqında ərizə
  2. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər(şəxsiyyət vəsiqəsi, pasport)
  3. valideynlərin doğum haqqında şəhadətnamələri;
  4. valideynlərin nikah haqqında şəhadətnaməsi;
  5. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;
  6. uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
  7. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;
  8. uşaq anası tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;

ştirak etməli olan şəxslər:

 

  1. valideynlər və ya onlardan biri;

 

  1. valideynlər üzrlü səbəbə görə müraciət edə bilmədikdə qohumlar, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər;

 

Qeyd 1: Qanunvericilikdə nəzərdə tutuluş müddət keçdikdən sonra doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri müraciət etməlidir;

 

Qeyd 2: Nikahı olmayan anadan doğulmuş uşağın doğumunun qeydə alınması üçün ana şəxsən və ya onu etibarnamə əsasında təmsil edən nümayəndəsi vasitəsilə müraciət edə bilər

 

Dövlət rüsumu:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən, doğumun qeydə alınması və doğum haqqında ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu tələb olunmur.

QEYD:  

Doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, Danimarka Krallığının, İslandiya Respublikasının və İrlandiya Respublikasının Doğum Haqqında Şəhadətnaməsini əldə etmiş Azərbaycan Respublikası vətəndaşları, Azərbaycan Respublikasının da üzv olduğu 1961-ci il Haaqa Konvensiyasına əsasən, Həmin dövlətlərin aidiyyatı qurumları tərəfindən Apostile edildikdə, konvensiyaya üzv olan digər ölkələrin ərazisində hüquqi qüvvəyə malik olur.

 

  • Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı – (FCO) Foreign, Commonwealth and Development  Office - http://fco.gov.uk
  • Danimarka Krallığı – (MFA) Ministry of Foreign Affairs of Denmark - http://um.dk
  • İrlandiya Respublikası – Departmend of Foreign Affairs and Trade - http://dfa.ie
  • İslandiya Respublikası - (MFA) Ministry of Foreign Affairs of İceland - http://mfa.is

Search in archive