Məhkumluq haqqında arayış
Azərbaycan Respublikası ərazisində hal-hazıda yaşamayan Azərbaycan vətəndaşları və daha öncə Azərbaycan Respublikası ərazisində yaşamış xarici vətəndaşlar haqqlarında məhkumluğun olub olmaması barədə məlumatın(arayışın) əldə edilməsi üçün Azərbaycanın Böyük Britaniyadakı səfirliyi vasitəsi ilə müraciət edə bilərlər.
Ərizəçilər poçt vasitəsi ilə və ya şəxsən səfirliyə gələrər müraciət edə bilərlər. Məhkumluğun olub olmaması barədə arayışın alınması 40 iş günü müddətinədək ola bilər.
Aşağıda qeyd olunmuş sənədlərin səfirliyə göndərilməsi ərizəçilərdən tələb olunur:
- Passportun rəngli surəti, Şəxsiyyət vəsiqəsinin rəngli surəti, Miqrasiya kartının rəngli surəti
- Sərhədkeçmə barədə möhürlər olan səhifələrin rəngli surətləri
- Ərizə forması (buradan yüklənə bilər)
- Üzərində adresiniz yazılmış və ödənilmiş zərf
- Konsulluq rüsumu 10£, Bank çeki və ya Postal Order vasitəsi ilə ödənilə bilər. Ödəniləcək hissəsinə the Embassy of the Republic of Azerbaijan qeyd olunmaq şərti ilə.
Səfirlik(və ya Konsulluq) sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı itməsinə və zədələnməsinə görə məsuliyyət daşımır.