2023-10-20

Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə nazirlikləri arasında “6-cı Qərargah danışıqları”na dair görüş keçirilib.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə əsasən təhlükəsizlik məsələləri, ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparılıb. Humanitar sahə, eləcə də minatəmizləmə tədbirləri üzrə keçiriləcək təlim və treninqlərə töhfə məsələləri haqqında danışılıb. Tərəflər birgə hərbi əməkdaşlığın bundan sonra da hər iki tərəf üçün faydalı olacağına əminlik ifadə ediblər.

Sonra qonaqlar "N" hərbi hissəsini ziyarət ediblər. Nümayəndə heyətinə hərbi hissənin yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub, videoçarx nümayiş etdirilib.

Böyük Britaniya tərəfindən təşkil edilən kurslarda iştirak etmiş hərbi qulluqçularla görüş keçirildikdən sonra qarşılıqlı hədiyyələr təqdim edilib.

Search in archive