QAÇQIN SƏRHƏDKEÇMƏ SƏNƏDİNƏ SAHİB ŞƏXSLƏR ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

  1. Ərizə-anket (ərizə-anket onlayn doldurduqdan sonra çap edilməlidir);
  2. Pasportun əsli və surəti (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);
  3. İki ədəd ağ fonda rəngli fotoşəkil (3x4sm);
  4. Turizm vizası üçün: sərnişin bileti (gediş və gəliş üçün), mehmanxanada yer sifariş edilməsini təsdiqləyən sənəd; İşgüzar səfər, elm və ya təhsil, əmək, müalicə, humanitar səfər, mədəniyyət və idman vizaları üçün: dəvət edən tərəfin vəsatəti (vəsatət hüquqi şəxs tərəfindən edilmiş müraciət əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilir); Şəxsi səfər vizası üçün: notarial qaydada təsdiq edilmiş dəvət məktubu və dəvət edən tərəfin şəxsiyyətini təsdiq edən sənədin surəti;
  5. Tibbi sığorta şəhadətnaməsi;
  6. Səfər ilə bağlı xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olma barədə müvafiq sənəd (bank arayışı və digər sənədlər);
  7. Qaçqın səyahət sənədinin rəsmiləşdirildiyi ölkədə ən azı 6 ay yaşamaq icazəsi sənədi və həmin ölkədə yaşayış yeri barədə arayış;
  8. Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
    • Birdəfəlik viza rüsumu 18£, çoxdəfəlik viza isə 300£ təşkil edir.
    • Nağd ödəniş qəbul edilmir;
    • Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır;

Viza müraciəti şəxsən (appointment.mfa.gov.az vasitəsilə növbə götürərək) Səfirliyə təqdim edilməlidir.

Səfirliyin ünvanı: Embassy of the Republic of Azerbaijan 
                          66 Holland Park, London, W11 3SJ

Qeydlər:

  • 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur.
  • Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əlavə məlumat üçün: https://www.migration.gov.az/az/oyq

Search in archive