Britaniyalı parliament üzvləri Azərbaycanda səfərdədir
Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Səfər çərçivəsində Britaniyalı parlamentarilər Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, eləcə də Milli Məclisin spikeri Sahibə Qafarova ilə görüşüblər. Onlar, həmçinin azad olunmuş Şuşa və Füzuli şəhərlərində olublar. Bakıda olduqları müddətdə parlamentarilər mətbuat konfransı da keçirib.
13 noyabr tarixinədək davam edəcək səfərdə Britaniyalı deputatları AR-in Britaniyadakı səfiri Elin Süleymanov müşaiyət edir.
Səfərlə bağlı ətraflı məlumatlara aşağıdakı linklər vasitəsi ilə keçid almaq olar:
https://president.az/articles/54058
https://meclis.gov.az/news.php?id=3698&lang=az