2023-10-25

Britaniya parlamentində Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və yenidənqurma məsələsi qaldırılıb

Britaniya parlamentində işğaldan azad edilmiş Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və yenidənqurma məsələsi qaldırılıb.

Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədr müavini Devid Duqid Britaniya parlamentində keçirilən müzakirələr zamanı Şimali Amerika və Avropa regionu üzrə dövlət naziri Leo Dokertiyə Britaniya Hökumətinin və şirkətlərinin Azərbaycanın Qarabağ regionunun Ermənistan Silahlı Qüvvələri tərəfindən basdırılmış minalardan təmizlənməsi və işğal dövründə talan edilmiş, dağıdılmış şəhərlərin və yaşayış məntəqələrinin yenidən qurulması üçün hansı dəstəyi göstərdiyini sorğu edib.

Sualı cavablandıran dövlət naziri Britaniya Hökuməti tərəfindən regiondakı humanitar vəziyyətin qiymətləndirilməsinin davam etdirildiyini, 2020-ci ildən etibarən regionun minalardan təmizlənməsi üçün BMT-nin İnkişaf Proqramına 1 milyon funt sterlinq vəsaitin ayrıldığını qeyd edib, yenidənqurma və reinteqrasiya məsələlərinə dair Azərbaycan Hökuməti ilə müzakirələrin aparıldığını bildirib.

Search in archive