Konsulluq qeydiyyatı

 

Xarici ölkələrdə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı onların hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsi, qanuni maraqlarının və təhlükəsizliklərinin qorunması məqsədilə aparılır. Bundan əlavə, vətəndaşların konsulluq qeydiyyatına alınması Səfirlik üçün vətəndaşlar ilə mütəmadi əsasda əlaqə saxlamaq, onlara Azərbaycan icması üçün təşkil olunan tədbirlər barədə xəbər vermək və Azərbaycan ilə əlaqədar məlumatlandırmaq imkanı yaradır.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, İrlandiya Respublikasının, İslandiya Respublikasının və Danimarka Krallığının səlahiyyətli orqanları tərəfindən verilmiş müvafiq sənəd əsasında həmin ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin konsulluq bölməsində uçota alınırlar.

Tələb olunan sənədlər:

  • Anket - daimi və ya müvəqqəti yaşayanlar üçün (anket tam şəkildə doldurulmalıdır);
  • Daimi və ya müvəqqəti yaşayış icazəsi verən sənədin surəti (Residence permit);
  • Pasportun surəti;
  • 1 ədəd rəngli fotoşəkil (3,5 x 4,5 ölçülü) – xarici ölkədə daimi yaşayanlar üçün;

 

Sənədlər tam və düzgün tərtib edildikdən sonra poçt vasitəsilə və ya şəxsən Səfirliyə təqdim edilməlidir.

Ünvan: Embassy of the Republic of Azerbaijan, 66 Holland Park, London, W11 3SJ

 

Search in archive