Qlazqo və Aberdin şəhərlərində səyyar konsulluq xidməti ilə bağlı elan
Əziz həmvətənlərimiz,
Azərbaycan Respublikası vətəndaşları üçün bir sıra konsulluq xidmətlərini əlçatan etmək məqsədilə Səfirlik tərəfindən ilk dəfə olaraq 2025-ci ilin 17 may tarixində Qlazqo şəhərində, 18 may tarixində isə Aberdin şəhərində səyyar konsulluq xidmətləri təşkil olunacaqdır.
Səyyar konsulluq zamanı aşağıda qeyd olunan bir sıra xidmətlərlə yanaşı, konsulluq-hüquq sahəsində sorğu-sual imkanı da yaradılacaqdır.
Səyyar konsulluq xidmətlərindən yararlanmaq istəyən şəxslərdən soyad, ad, ata adının, eləcə də tələb olunan xidmət növünü consul_london@mission.mfa.gov.az elektron poçt ünvanına öncədən göndərmələri xahiş olunur.
Qlazqo şəhəri
Tarix: 17 may 2025-ci il, şənbə günü;
Saat: 10:00 – 16:00;
Ünvan: Lighthouse room, Novotel Glasgow Centre, 181 Pitt street, Glasgow, G2 4DT;
Aberdin şəhəri
Tarix: 18 may 2025-ci il, bazar günü;
Saat: 11:00 – 17:00;
Ünvan: Kincardine Room, Station Hotel, 78 Guild Street, Aberdeen, AB11 6GN;
Qeydiyyat: consul_london@mission.mfa.gov.az ünvanına şəxsin tam adı və xidmət növü.
Xidmət növləri:
• Pasportların verilməsi və ya dəyişdirilməsi üçün müraciətlərin qəbulu;
• Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsi üçün müraciətlərin qəbulu;
• Vətəndaşlıq məsələləri ilə əlaqədar müraciətlərin qəbulu;
• Xarici dövlətin doğum haqqında şəhadətnaməsınə sahib olan uşaqların doğumunun qeydiyyata alınması üçün müraciətlərin qəbulu;
• Müxtəlif arayışların alınması üçün müraciətlərin qəbulu;
• Konsulluq qeydiyyatı.