İlk dəfə Dublin şəhərində səyyar konsulluq xidməti təşkil edilib
İlk dəfə iqamətgahı London şəhərində yerləşən Azərbaycan Respublikasının İrlandiyadakı Səfirliyi tərəfindən Dublin şəhərində səyyar konsulluq xidməti təşkil edilib.
İrlandiyada yaşayan Azərbaycan icma nümayəndələrinin fəallığı ilə seçilən 1 mart 2025-ci il tarixində keçirilmiş xidmət çərçivəsində vətəndaşlar qəbul edilərək sualları cavablandırılıb, ümumvətəndaş pasportunun yenilənməsi və digər konsulluq əməliyyatları ilə bağlı müraciətlər qəbul edilib.
Səyyar konsulluq xidmətlərinin təşkilinin əsas məqsədi konsulluq xidmətlərinin vətəndaşlar üçün əlçatanlığını təmin edilməsi, vətəndaşlara bu xidmətləri daha rahat şəkildə təqdim edərək dövlətin onlara göstərdiyi diqqət və qayğının nümayiş etdirilməsi, eləcə də vətəndaş məmnuniyyətinin artırılmasıdır.