2023-12-27

Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

Əziz həmvətənlərimiz, Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermə hüququndan istifadə etmək istəyən vətəndaşlar üçün Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində (London şəhərində) seçki məntəqəsinin yaradılması nəzərdə tutulur.

Seçkilərində iştirak etmək istəyən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İslandiya Respublikasında və İrlandiya Respublikasında daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş məlumatları Səfirliyə təqdim etmələri xahiş olunur.

1) Ad, soyad, atasının adı

2) Doğum tarixi (gün, ay və il)

3) Yaşadığı ünvan Səfirliyin əlaqə vasitələri:

Elektron poçt: consul_london@mission.mfa.gov.az

Telefon: +447399636178 (mesaj göndərməklə)

Search in archive