2023-01-19

Bob Blekmen Britaniya Parlamentində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar çıxış edib

Britaniya Parlamentinin Azərbaycan Qrupunun sədri Bob Blekmen parlamentin 19 yanvar tarixində keçirilmiş iclasında 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar qısa çıxış edib.

APA-nın Britaniya bürosu xəbər verir ki, qrupun sədri Sovet qoşunlarının Azərbaycanda müstəqillik hərəkatının yatırdılması məqsədilə Bakı şəhərini işğalını, nəticədə yüzlərlə mülki şəxsin qətlə yetirildiyinə diqqət çəkib.

O, BK hökumətini Qara Yanvar faciəsi nəticəsində həyatını itirənlərin yaxınlarına, bütövlükdə Azərbaycan xalqına başsağlığı və həmrəylik mesajı verməyə dəvət edib.

İcmalar Palatasının lideri Penni Mordont Qara Yanvar faciəsinin ildönümünə diqqət çəkdiyinə görə Blekmenə minnətdarlığını bildirərək, bu faciənin Azərbaycan tarixinin mühüm hissəsi kimi xarakterizə etmiş, bu kədərli günün Birləşmiş Krallıqda hələ də bir çoxları tərəfindən xatırlandığını vurğulayıb.

 

 

Bob Blekmen Britaniya Parlamentində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar çıxış edib

Search in archive