2025-02-14

Dublin şəhərində səyyar konsulluq xidməti ilə bağlı elan

Əziz həmvətənlərimiz,

Azərbaycan Respublikası vətəndaşları üçün bir sıra konsulluq xidmətlərini əlçatan etmək məqsədilə Səfirlik tərəfindən 1 mart 2025-ci il tarixində ilk dəfə İrlandiya Respublikasının Dublin şəhərində səyyar konsulluq xidmətləri təşkil ediləcəkdir. Səyyar konsulluq zamanı aşağıda qeyd olunan bir sıra xidmətlər ilə yanaşı İrlandiya Respublikasında yaşayan Azərbaycanlılar üçün konsulluq-hüquq sahəsində qarşılaşdıqları çətinliklər barədə sorğu-sual imkanı da yaradılacaqdır. 

Səyyar konsulluq xidmətlərindən yararlanmaq istəyən şəxslərdən soyad, ad, ata adının, eləcə də sorğu olunan xidmət növünün consul_london@mission.mfa.gov.az elektron poçt ünvanı vasitəsilə təqdim olunması xahiş olunur.

Ümumi məlumat:

Tarix: 1 mart 2025-ci il, şənbə günü;

Saat: 14:30-18:30

Ünvan: Abbey Meeting Room, Wynn's Hotel Dublin, 35-39 Lower Abbey Street, Dublin 1, Ireland D01 C9F8

Qeydiyyat: consul_london@mission.mfa.gov.az ünvanına şəxsin tam adı və xidmət növü

Xidmət növləri:

  • Pasportların verilməsi və ya dəyişdirilməsi üçün müraciətlərin qəbulu;
  • Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsi üçün müraciətlərin qəbulu;
  • Vətəndaşlıq məsələləri ilə əlaqədar müraciətlərin qəbulu;
  • Xarici dövlətin doğum haqqında şəhadətnaməsınə sahib olan uşaqların doğumunun qeydiyyata alınması üçün müraciətlərin qəbulu;
  • Müxtəlif arayışların alınması üçün müraciətlərin qəbulu;
  • Konsulluq qeydiyyatı;

Search in archive