2024-07-18
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün Böyük Britaniyada işgüzar səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdədir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti Oksforddakı Blenheim sarayına gəldi.
Dövlətimizin başçısını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer qarşıladı.