2024-02-07

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində növbədənkənar prezident seçkilərinə səsvermə keçirilir

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Böyük Britaniyadakı səfirliyində yaradılan 42 saylı seçki məntəqəsində səsvermə prosesi davam edir.

AZARTAC xəbər verir ki, yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 12:00) başlayan səsvermədə yaşı 18-ə çatmış vətəndaşlarımız Azərbaycan Respublikasının etibarli pasportu və ya şəxsiyyət vəsiqəsi təqdim etməklə iştirak edirlər.

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov AZƏRTAC-a bildirib ki, Böyük Britaniyada yaşayan və işləyən Azərbaycan vətəndaşlarının sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.

Seçki məntəqəsində səsvermə prosesində yüksək fəallıq müşahidə olunur. Səsvermə Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun qaydada davam edir.

Search in archive