KOBİA və Böyük Britaniyanın Kiçik Biznes üzrə Müvəkkili arasında görüş keçirilib
KOBİA və Böyük Britaniyanın Kiçik Biznes üzrə Müvəkkili arasında keçirilən görüşdə KOB-ların qarşılaşdıqları çətinliklər və onların həlli yolları, KOB-lara dəstək istiqamətlərində fikir mübadiləsi aparılıb.
London şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Böyük Britaniyanın Kiçik Biznes üzrə Müvəkkili Liz Barkli arasında görüş keçirilib.
Görüşdə KOB-ların qarşılaşdıqları çətinliklər və onların həlli yolları, KOB-lara dəstək sahəsində fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə KOBİA-nın fəaliyyəti, o cümlədən sahibkarların maraqlarının müdafiəsi sahəsində Agentliyin dəstəyi və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verilib.