2023-07-05

KOBİA və Böyük Britaniyanın Biznes və Ticarət Departamentinin nümayəndələri arasında görüş keçirilib

Londonda KOBİA və Böyük Britaniyanın Biznes və Ticarət Departamentinin nümayəndələri arasında keçirilən görüşdə ticarət əlaqələrinin daha da inkişafı sahəsində KOB-lar arasında əməkdaşlığa və birgə təşəbbüslərə dair fikir mübadiləsi aparılıb.

London şəhərində işgüzar səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Böyük Britaniyanın Biznes və Ticarət Departamentinin nümayəndələri Luiz Kolvel və Edmund Marler ilə görüşüb.

Görüşdə ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində hər iki ölkənin KOB-ları arasında əməkdaşlığa və birgə təşəbbüslərə dair fikir mübadiləsi aparılıb.

Search in archive