Ulu Öndər Heydər Əliyevin anım günü Londonda qeyd edilib
Londonda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
APA-nın Böyük Britaniya bürosunun xəbərinə görə, anım tədbiri ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov çıxış edərək bildirib ki, Heydər Əliyev irsi qızıl hərflərlə Azərbaycan tarixinə həkk olunub, və Azərbaycan xalqı ümummilli liderin xatirəsini əbədi olaraq əziz və uca tutacaq:
Daha sonra səfir Elin Süleymanov Ulu Öndərin şərəfli ömür yolundan bəhs edib, onun ölkəmizin tərəqqisi üçün misilsiz xidmətlərini gələcək nəsillərin heç vaxt yaddan çıxartmayacağını bildirib:
“Bütün həyatını Azərbaycan xalqının rifahına, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına həsr edən dahi şəxsiyyət Azərbaycanın regional gücə çevrilməsi üçün siyasi-strateji kursun təməlini qoymuşdur. Hal-hazırda cənab Prezident İlham Əliyev bu mühüm və şərəfli missiyanı uğurla irəli aparır, Azərbaycanın haqq səsini bütün dünyaya çatdırır”,- deyə səfir qeyd edib.
Tədbirin sonunda S.Məmmədov və səfirliyin kollektivi ümummilli liderin büstü önünə gül dəstələri qoyub.
Ulu Öndər Heydər Əliyevin anım günü Londonda qeyd edilib - FOTO (apa.az)