Britaniya səfiri: “Baş nazirin ticarət elçisinin Azərbaycana səfəri çox məhsuldar keçdi”
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun səfəri çox məhsuldar keçdi.
Bunu APA-ya açıqlamasında Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.
Səfir bildirib ki, bu, Britaniya Baş nazirinin ticarət elçisinin Azərbaycana 9-cu səfəri idi.
Diplomat Baronessa Emma Nikolsunun səfər çərçivəsində bir sıra görüşlər keçirdiyini də xatırladıb.
“Ümid edirik ki, bu səfərin nəticəsi olaraq ölkələrimiz arasındakı ticarət əlaqələri daha yüksək səviyyəyə çatacaq”, - Ceyms Şarp diqqətə çatdırıb.
Səfir əlavə edib ki, bura Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdəki fəaliyyətlərə cəlb olunması da daxildir: “Necə ki, hazırda Britaniya şirkətləri, QHT-ləri həmin ərazilərin minalardan təmizlənməsi işlərinə yaxından cəlb olunub”.
Britaniya səfiri: “Baş nazirin ticarət elçisinin Azərbaycana səfəri çox məhsuldar keçdi” (apa.az)