2022-02-17

ELAN:PASPORTLARIN YENİLƏNMƏSİ BARƏDƏ QANUNVERİCİLİKDƏ DƏYİŞİKLİKLƏR

Əziz Həmvətənlər,

Nəzərinizə çatdırmaq istəyirik ki, "Pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 3.2.2 yarımbəndində edilmiş dəyişikliyə əsasən, "və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı" sözləri çıxarılmış və vətəndaşlara yeni ümumvətəndaş pasportunun yalnız etibarlıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsi əsasında rəsmiləşdirilməsi müəyyən olunmuşdur. 

Bu isə, Xairici ölkələrə doğulmuş Azərbaycan Respublikası vətəndaşlarının, daha öncə olduğu kimi "FİN nömrə aktiləşdirilməsi" və "Vətəndaşlıq mənsubiyyəti sorğusu" əsasında pasportların əldə edilməsi prosesini dayandırmışdır.  

Xarici ölkədə yeni doğulmuş Azərbaycan Vətəndaşları yalnız Qayıdış Şəhadətnaməsi əldə etməklə, Azərbaycan Respuplikasına səyahət edib orada Şəxsiyyət Vəsiqəsi və Ümumvətəndaş Pasportlarını əldə edə bilərlər. 

Həmçinin 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi etibarlı olmadığı təqirdə səfirliyin konsulluq bölməsi vasitəsi ilə pasportlarının yenilənməsi mümkün olmayacaq.

 

Search in archive