2022-01-28

Səfir Elin Süleymanov Parlamentin İcmalar Palatasının Spikeri Ser Lindsi Hoyl ilə görüşüb

27 yanvar tarixində Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov Parlamentin İcmalar Palatasının Spikeri Ser Lindsi Hoyl ilə görüş keçirmişdir.

Görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin hazırki vəziyyəti, parlamentlərarası təmasların intensivləşdirilməsi imkanları və geosiyasi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Spiker ölkəmizin Birləşmiş Krallıqla tərəfdaşlıq münasibətlərini, Azərbaycanla xüsusilə enerji sahəsində təsis edilmiş uğurlu əməkdaşlığı və Azərbaycanda mövcud olan çoxəsrlik tolerantlıq ənənələrini yüksək qiymətləndirmişdir.

Səfir və Spiker arasında görüşlə əlaqədar İcmalar Palatasının inzibati binasının qarşısında protokol ənənələrinə uyğun olaraq Azərbaycan Respublikasının dövlət bayrağı dalğalandırılmışdır. Elin Süleymanov İcmalar Palatasının xatirə dəftərini imzalamışdır.

 

 

Search in archive