ŞƏXSİ SƏFƏR VİZASI

Şəxsi səfər vizası Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi olan əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin (yalnız həmin əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ailə üzvləri üçün), Ələt azad iqtisadi zonası hüquqi şəxslərinin təsisçilərinin, işçilərinin və ya həmin zonada müvəqqəti yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin notarial qaydada təsdiq edilmiş dəvət məktubu əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

  1. Ərizə-anket (ərizə-anket onlayn doldurduqdan sonra çap edilməlidir);
  2. Pasportun əsli və surəti (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);
  3. İki ədəd ağ fonda rəngli fotoşəkil (3x4sm);
  4. Notarial qaydada təsdiq edilmiş dəvət məktubu və dəvət edən tərəfin şəxsiyyətini təsdiq edən sənədin surəti;
  5. Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
    • Böyük Britaniya, İslandiya və İrlandiya vətəndaşları üçün birdəfəlik viza 18£, çoxdəfəlik viza isə 300£ təşkil edir. Digər ölkə vətəndaşları üçün siyahıya baxın;
    • Müraciəti poçt vasitəsilə göndərən şəxslər Embassy of the Republic of Azerbaijan ünvanına dövlət rüsumu ödənilən “Postal order” təqdim etməlidirlər;
    • Nağd ödəniş qəbul edilmir;
    • Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır;

Viza müraciəti şəxsən (appointment.mfa.gov.az vasitəsilə növbə götürərək) təqdim edilə və ya poçt vasitəsilə Səfirliyin ünvanına göndərilə bilər. Səfirlik sənədlərin daşınma zamanı itməsi və ya zədələnməsinə görə məsuliyyət daşımır. Poçt vasitəsilə göndəriləcəyi halda hazır sənədi geri göndərmək məqsədilə üzərində ünvanınızın qeyd olunduğu və ödənilmiş zərf əlavə edin.

Səfirliyin ünvanı: Embassy of the Republic of Azerbaijan 
                         66 Holland Park, London, W11 3SJ

 Qeydlər:

  • 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur.
  • Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əlavə məlumat üçün: https://www.migration.gov.az/az/oyq

Search in archive