Qayıdış şəhadətnaməsi

Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi

Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.

Şəhadətnamənin alınması üçün aşağıdakı sənədlər Səfirliyə təqdim olunmalıdır:

Pasportun etibarlıq müddəti bitdikdə və yaxud səhifələri dolduqda:

  • Doldurulmuş ərizə-anket
  • Pasportun əsli
  • 2 ədəd rəngli fotoşəkil (3x4 və ya 3.5x4.5 sm ölçüdə)
  • Vətəndaşın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsli (yalnız 18 yaşına çatmamış AR vətəndaşları üçün)
  • Hər iki valideyinin AR ümümvətəndaş pasportlarının əsli (yalnız 18 yaşına çatmamış AR vətəndaşları üçün)
  • Valideinlərin nikah haqqında şəhadətnaməsi (yalnız 18 yaşına çatmamış AR vətəndaşları üçün)
  • Səfirlikdə ödəniləcək dövlət rüsumu - 10£
  • İcra müddəti – 3 iş gününə qədər

Pasportun itirildiyi və ya oğurlandığı təqdirdə:

  • Doldurulmuş ərizə-anket
  • Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hüquq-mühafizə orqanlarına (polisə) müraciət haqqında sənəd və ya arayış
  • üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri
    • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
    • Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti
    • Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi
  • 2 ədəd rəngli fotoşəkil (3x4 və ya 3.5x4.5 sm ölçüdə)
  • Mövcud olduğu halda itirlimiş və ya oğurlanmış AR ümümvətəndaş pasportunun surəti
  • Göstərilən sənədlərdən hər hansı birinin olmadığı təqdirdə, onun şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti Dövlət Miqrasiya Xidmətinə sorğu edilməklə müəyyən edilir.
  • Vətəndaşın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsli (yalnız 18 yaşına çatmamış AR vətəndaşları üçün)
  • Hər iki valideyinin AR ümümvətəndaş pasportlarının əsli (yalnız 18 yaşına çatmamış AR vətəndaşları üçün)
  • Səfirlikdə ödəniləcək dövlət rüsumu - 10£
  • İcra müddəti – 3 iş gününə qədər

Azərbaycan Respublikası vətəndaşının xaricdə 18 yaşı tamam olduqda və pasportu olmadıqda:

  • aydın və səliqəli şəkildə doldurulmuş ərizə-anket
  • ərizəçinin şəxsiyyətini, onun Azərbaycan Respublikasında qeydiyyat və ya yaşayış yerini, şəxsiyyətini və vətəndaşlığını təsdiq etməyə imkan verən sənədlər (şəxsiyyət vəsiqəsi, çağırışçı bileti, üzərində ona məxsus fotoşəkil olan pasport və doğum haqqında şəhadətnamə əsli və surəti)
  • ərizəçidə göstərilən sənədlərdən hər hansı birinin olmadığı təqdirdə, onun şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti Dövlət Miqrasiya Xidmətinə sorğu edilməklə müəyyən edilir.
  • 2 ədəd rəngli fotoşəkil (3x4 və ya 3.5x4.5 sm ölçüdə)
  • Səfirlikdə ödəniləcək dövlət rüsumu - 10£

Azərbaycan Respublikası vətəndaşlarından xarici ölkələrdə doğulmuş(xarici dövlətlər tərəfindən verilmiş doğum haqqında şəhadətnamə olduqda) övladları üçün:

  • Aydın və səliqəli şəkildə doldurulmuş ərizə-anket
  • Apostil edilmiş və Azərbaycan Dilinə tərcümə edilmiş doğum haqqında şəhadətnamə (Xarici ölkələrin qeydiyyat orqanı tərəfindən qeydə alınmış və doğum şəhadətnaməsi verilmiş halda, həmin doğum şəhadətnaməsinin apostil edilmiş və tərcümə edilmiş şəkildə təqdim edilməlidir)
  • Vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi barədə Ərizə-Anket(uşağın adına doldurulmalıdır)
  • Valideynlərin pasportları
  • Nikah haqqında şəhadətnamə
  • 3 ədəd rəngli fotoşəkil (3x4 və ya 3.5x4.5 sm ölçüdə)
  • 18 yaşınadək uşaqlara qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsi RÜSUMSUZDUR. 
  • QEYD: Qayıdış şəhadətnaməsi, Dövlət Miqrasiya Xidmətinə göndərilən Vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi barədə sorğunun müsbət cavabı daxil olduqdan sonra rəsmiləşdirilə bilər. Təcrübəyə əsasən bu kimi sorğular ən geci 2 ayadək cavablandırıla bilər.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi, yalnız ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olduğunu təsdiq edən məlumatlar Azərbaycan Respublikasının konsuluna məlum olduqdan sonra rəsmiləşdirilir.

QEYDLƏR:

  • Vətəndaş yuxarıda sadalanan sənədlərlə ilə birlikdə şəxsən Səfirliyə gəlməlidir.
  • Qeyd olunan əməliyyatların poçt vasitəsilə həyata keçirilməsi mümkün deyil.
  • Sənədlərin qəbulu öncədən görüş vaxtı təyin etməklə həyata keçirilir. Görüş vaxtı almaq üçün zəhmət olmasa +447399636178 nömrəsinə whatsapp üzərində yazın. 

Search in archive