Vətəndaşlığa Mənsubiyyətin Müəyyənləşdirilməsi
Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
- Sorğu vərəqi ərizə-anketə (2 nömrəli əlavə)
- 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil;
- pasportun və ya şəxsiyyətini təsdiq edən digər sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
- doğum haqqında şəhadətnamənin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
- yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti;
- 14 yaşından 18 yaşınadək uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onların razılıqları ərizələri.
Sorğu şəxsin qanuni nümayəndəsi tərəfindən verildikdə, bu hüququ təsdiq edən müvafiq sənəd sorğuya əlavə edilməlidir.
Şəxsin vətəndaşlıq mənsubiyyətini təsdiq edən yeni sübutlar aşkar olunduqda, Dövlət Miqrasiya Xidmətinə təkrar müraciət edilə bilər.