2023-05-10

Heydər Əliyev irsi Lordlar Palatasında anıldı

Mayın 9-da Lordlar Palatasında Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyadakı səfirimiz Elin Süleymanov, elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsinin xüsusi rəmzi məna daşıdığı vurğulanıb, onun misilsiz rolu qeyd olunub.

Görüşdə, eyni zamanda iki ölkə arasında təhsil sahəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib, xaricdə təhsil üzrə dövlət proqramları çərçivəsində Böyük Britaniya ali təhsil müəssisələrinin Azərbaycan vətəndaşlarının üstünlük verdiyi universitetlər siyahısında yer aldığı bildirilib.

Ümumtəhsil, ali təhsil və tədqiqat sahələrində əməkdaşlığın inkişafı perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

Search in archive