2023-05-09

Liverpulda Azərbaycana “Avroviziya” dəstəyi

Bu gün Liverpulda “Avroviziya” mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilir.

Azərbaycandan Tural və Turan əkiz qardaşları - TuralTuranX 12-ci sırada “Tell me More” mahnısı ilə çıxış edəcəklər.

Britaniyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar həmyerlilərimizə dəstək olmaq üçün Liverpul şəhərinə gəliblər.

Londonda yaşayan Banu Abdullazadə iştirakçılara dəstək olmaq üçün Liverpula səyahət etdiyini açıqlayıb.

APA-nın Britaniya bürosu Liverpuldan fotoları təqdim edir.

Search in archive