2023-05-05

Britaniya İcmalar Palatasında Azərbaycan-Ermənistan münasibətlərinə toxunulub

APA-nın Britaniya bürosunun xəbərinə görə, Britaniya Parlamentinin İcmalar Palatasında beynəlxalq gündəlikdə dayanan cari məsələlər ətrafında müzakirələr aparılıb. Xarici işlər naziri Ceyms Kleverli və Avropa regionu üzrə dövlət naziri Leo Dokertinin iştirakı ilə keçirilmiş müzakirələrdə bir sıra beynəlxalq məsələlərlə yanaşı, palatanın üzvlərinin Azərbaycan-Ermənistan münasibətlərinə dair ünvanlanmış sualları ətrafında Azərbaycan və Ermənistan münasibətlərinə toxunulub.

Azərbaycan Qrupunun sədr müavini, bu ilin 5-8 aprel tarixində ölkəmizdə səfərdə olmuş Devid Duquid Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi istiqamətində Britaniya hökuməti tərəfindən hansı addımların atıldığı ilə maraqlanıb. Avropa regionu üzrə dövlət naziri Leo Dokerti Azərbaycanın ölkəsi üçün geosiyasi baxımdan önəmli müttəfiq olduğunu qeyd edib.

Devid Duquid, həmçinin özünün sosial şəbəkə hesablarında ölkəmizə səfəri, səfər zamanı Ağdam rayonunda dağıntıların miqyası və ərazilərin minalardan təmizlənməsi ilə tanış olduğu, eləcə də keçirilmiş görüşlər haqqında məlumat verib.

Search in archive