2023-04-05

Azərbaycanın minalardan təmizləmədə təcrübəsi dünyada nümunədir - Britaniya parlamentinin üzvü

Ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycanın təcrübəsi Britaniya Parlamentində yüksək qiymətlərilib və dünya üçün nümənə olaraq göstərilib.

Azərbaycanın Böyük Britaniyakı Səfirliyindən Trend-ə verilən məlumata görə, 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü münasibətilə Britaniya Parlamentinin üzvü, Partlayıcı Qurğulardan Qaynaqlanan Təhdidlər üzrə parlament qrupunun sədri Metyu Offord “Azərbaycan – neft, mütərəqqi düşüncə və minalar ölkəsi” başlıqlı məqalə ilə çıxış edib. Məqalə adı çəkilən parlament qrupunun rəsmi internet səhifəsində dərc olunub. (https://www.appg-explosive-threats.co.uk/)

Məqalədə dağıdılmış Ağdam şəhərinə ötən ilin mayında səfərini xatırlayan müəllif, Ermənistanla 30 illik münaqişə zamanı Azərbaycan ərazisinə minlərlə minaların basdırıldığını, raket və bombaların atıldığını qeyd edib.

Beynəlxalq QHT-lərin köməkliyi və Britaniya Hökümətinin maliyyə yardımı nəticəsində, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) tədricən ərazini partlayıcı maddələrdən təmizlədiyi bildirilib. Bu günədək 19000 hektardan artıq ərazidə 55000 dən çox partlayıcı maddələrdən təmizləndiyi qeyd olunub.

Məqalədə Britaniya höküməti ərazilərin minalardan təmizləməsində ANAMA-nın fəaliyyətini nümunəvi hesab edərək gələcəkdə Ukraynada tətbiq etməyi planlaşdırdığı qeyd olunub.

Search in archive