Konsulluq xidmətləri
Sənədlərin Surətlərinin və Sənədlərdən Çıxarışların Düzgünlüyünü Təsdiq Edilməsi

Ümumi məlumat:

Konsul idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərini o şərtlə təsdiq edir ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun.

Şəxsin verdiyi sənədin surətinin düzgünlüyü o hallarda təsdiq edilir ki, sənədin əslində həmin şəxsin imzasının həqiqiliyini konsul və ya notarius, müvafiq icra hakimiyyəti orqanı və ya şəxsin işlədiyi, təhsil aldığı və yaxud müalicə olunduğu yer üzrə idarə, müəssisə, təşkilat təsdiq etmiş olsun.

Sənədlərdən çıxarışların düzgünlüyü o halda təsdiq edilir ki, bu sənədlərin məzmunu bir-biri ilə əlaqəsi olmayan bir neçə məsələyə aid olsun. Çıxarış sənədin müəyyən məsələyə aid hissəsinin tam mətnini özündə əks etdirməlidir.


Müraciət qaydası:

Müraciət edən şəxs elektron növbə portalı vasitəsilə növbə əldə etməli və tələb olunan sənədlərlə birlikdə şəxsən Səfirliyə gəlməlidir. Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyü müraciət zamanı təsdiq edilərək müraciət edən şəxsə təqdim olunur.


Tələb olunan sənədlər

  1. Müraciət edənin şəxsiyyət vəsiqəsinin və ya pasportunun əsli və surəti. Əgər həmin şəxs əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə, pasportunun əsli və surəti.
  2. Surəti təsdiq olunacaq sənədin əsli.
  3. 10 funt sterlinq məbləğində dövlət rüsumu. Nağd ödəniş qəbul edilmir, rüsum müraciət zamanı bank kartı ilə ödənilə bilər.
Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti