Konsulluq xidmətləri
İmzanın Həqiqiliyinin (Ərizənin) Təsdiq Edilməsi

Müraciət qaydası:

Azərbaycan vətəndaşları, eləcə də əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər imzanın həqiqiliyinin (ərizəni) təsdiq edilməsini Səfirlikdə şəxsən müraciət etməklə həyata keçirə bilərlər. Eyni zamanda, Azərbaycan Respublikası vətəndaşları “Mobil Notariat” mobil tətbiqi vasitəsilə onlayn qaydada bu əməliyyatı həyata keçirə bilərlər.


“Mobil Notariat” mobil tətbiqi vasitəsilə

Bunun üçün vətəndaşlar “Play Market” və ya “Apple Store” platformalarından “Mobil Notariat” tətbiqini mobil cihazınıza yükləyib qeydiyyatdan keçməlidir.

Bu mobil tətbiq vasitəsilə yalnız müəyyən növ ərizələrin təsdiqi mümkündür. Daha ətraflı məlumatla keçid vasitəsilə tanış ola bilərsiniz.


Səfirlik vasitəsilə

İmza həqiqiliyinin (ərizənin) Səfirlikdə təsdiq edilməsi üçün müraciət edən şəxs elektron növbə portalı vasitəsilə növbə əldə etməli və tələb olunan sənədlərlə birlikdə şəxsən Səfirliyə gəlməlidir. Ərizə müraciət zamanı təsdiq edilərək müraciət edən şəxsə təqdim olunur. Səfirlikdə ərizələrin müxtəlif nümunələri mövcuddur. Məsələn: Azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsi, azyaşlıya pasportun verilməsi üçün razılıq ərizəsi, daşınmaz əmlaka sərəncam ərizəsi və digər.  Əgər xüsusi mətn tələb olunursa, ərizənin mətninin hazır şəkildə təqdim edilməsi xahiş olunur.


Tələb olunan sənədlər

  1. Müraciət edənin şəxsiyyət vəsiqəsinin və ya pasportunun əsli və surəti. Əgər həmin şəxs əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə, pasportunun əsli və surəti.
  2. 20 funt sterlinq məbləğində dövlət rüsumu. Nağd ödəniş qəbul edilmir, rüsum müraciət zamanı bank kartı ilə ödənilə bilər.
Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti