Konsulluq xidmətləri
Etibarnamələrin Təsdiq Edilməsi

Müraciət qaydası:

Azərbaycan vətəndaşları, eləcə də əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər etibarnaməni Səfirlikdə şəxsən müraciət etməklə ala bilərlər. Eyni zamanda, Azərbaycan Respublikası vətəndaşları etibarnaməni “Mobil Notariat” mobil tətbiqi vasitəsilə onlayn qaydada da əldə edə bilərlər.


“Mobil Notariat” mobil tətbiqi vasitəsilə

Bunun üçün vətəndaşlar “Play Market” və ya “Apple Store” platformalarından “Mobil Notariat” tətbiqini mobil cihazınıza yükləyib qeydiyyatdan keçməlidir.

Bu mobil tətbiq vasitəsilə yalnız müəyyən növ etibarnamələrin rəsmiləşdirilməsi mümkündür. Daha ətraflı məlumatla keçid vasitəsilə tanış ola bilərsiniz.


Səfirlik vasitəsilə

Etibarnaməni Səfirlikdə rəsmiləşdirmək üçün müraciət edən şəxs elektron növbə portalı vasitəsilə növbə əldə etməli və tələb olunan sənədlərlə birlikdə şəxsən Səfirliyə gəlməlidir. Etibarnamə müraciət zamanı tərtib edilərək müraciət edən şəxsə təqdim olunur. Səfirlikdə etibarnamələrin müxtəlif nümunələri mövcuddur. Əgər xüsusi mətn tələb olunursa, etibarnamə mətninin hazır şəkildə təqdim edilməsi xahiş olunur.


Tələb olunan sənədlər

  1. Etibar edənin şəxsiyyət vəsiqəsinin və ya pasportunun əsli və surəti. Əgər etibar edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə, pasportunun əsli və surəti.
  2. Etibar edilənin şəxsiyyət vəsiqəsinin və ya pasportunun surəti. Etibar edilən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə, pasportunun surəti.
  3. Etibarnamənin növündən asılı olaraq əlavə sənədlər tələb oluna bilər. Məsələn: nəqliyyat vasitəsindən istifadə etibarnaməsi üçün nəqliyyat vasitəsinin müvafiq sənədinin surəti; daşınmaz əmlakla bağlı etibarnamə üçün müvafiq sənədin surəti; vəkil etibarnaməsi üçün vəkil vəsiqəsinin surəti və sair.
  4. 20 funt sterlinq məbləğində dövlət rüsumu. Nağd ödəniş qəbul edilmir, rüsum müraciət zamanı bank kartı ilə ödənilə bilər.
Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti