news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 iyun 2025

Səfir Elin Süleymanov GB News kanalına müsahibəsində Ruben Vardanyanla bağlı iddialara cavab verib

Britaniyanın çoxsaylı izləyici auditoriyasına sahib olan GB News telekanalına müsahibəsində səfir Elin Süleymanov Ruben Vardanyanın lobbiçiliyini həyata keçirən şəxslərin Azərbaycana qarşı əsassız iddialarının cavabını verib.

 

AZƏRTAC xəbər verir ki, səfir Ruben Vardanyanın separatizmin təşviqi, müharibə cinayətləri, terrorçuluğun maliyyələşdirilməsi, qeyri-qanuni silahlı birləşmələrin yaradılması, Azərbaycanın rəsmi şəxslərini terrorla hədələmə və digər cinayətlərdə ittiham olunduğunu bildirib. Beynəlxalq Ədalət Məhkəməsi və BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupu Ruben Vardanyanın işi ilə bağlı Ermənistan tərəfinin iddialarını rədd edib.

 

Səfir Ruben Vardanyanın işinə dini don geyindirmək istəyənlərin iddialarının əsassız olduğunu qeyd edib, onun həbsxanada kitabxanadan istifadəsinə şərait yaradıldığını vurğulayıb.

 

Aytən Abbaslı

 

AZƏRTAC-ın xüsusi müxbiri

 

London

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti