Konsulluq xidmətləri
Məhkumluq Haqqında Arayış

Müraciət qaydası:
Azərbaycan Respublikasının vətəndaşları, ölkə ərazisində yaşayan (yaşamış) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər məhkumluq barədə arayışların alınması məqsədilə Səfirliyə şəxsən və ya poçt vasitəsilə müraciət edə bilər. Müraciətin baxılması və arayışın rəsmiləşdirilməsi adətən 15 iş günü ərzində həyata keçirilir, lakin nadir hallarda daha uzun müddət çəkə bilər. 

Şəxsən müraciət edildiyi təqdirə vətəndaş elektron növbə portalı vasitəsilə növbə əldə edərək tələb olunan sənədləri təqdim etməlidir. 

Poçt vasitəsi ilə müraciət edildikdə isə vətəndaş tələb olunan sənədləri, eləcə də üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış və haqqı ödənilmiş zərfi (hazır sənədi geri göndərmək məqsədilə) Səfirliyin ünvanına göndərməlidir. Səfirlik poçt göndərişinin itirilməsi və ya korlanmasına görə heç bir məsuliyyət daşımır. Yalnız sənədləri tam olan müraciətlər icraya qəbul edilir. 
Səfirliyin ünvanı: Embassy of the Republic of Azerbaijan, 66 Holland Park, London, W11 3SJ.

 

 

Tələb olunan sənədlər:

1. Ərizə forması;
2. Pasportun surəti;
3. 10£ məbləğində dövlət rüsumu;

  • Nağd ödəniş qəbul edilmir və rüsum müraciət zamanı bank kartı vasitəsilə ödənilə bilər;
  • Müraciət poçt vasitəsilə göndərildiyi təqdirdə “Embassy of the Republic of Azerbaijan” ünvanına dövlət rüsumu ödənilən “Postal order” təqdim edilməlidir;


Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti