Konsulluq Xidmətləri
Doğumun Qeydə Alınması

Müraciət qaydası:

Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər Səfirliyə müraciət edə bilərlər.

Bununla bağlı Səfirliyə müraciət etmək üçün vətəndaş elektron növbə portalı vasitəsilə növbə əldə etməli və tələb olunan sənədlərlə birlikdə şəxsən Səfirliyə gəlməlidir.

 


 

Tələb olunan sənədlər:

1. Ərizə;

2. Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər və surəti (pasport və ya şəxsiyyət vəsiqəsi);

3. Valideynlərin nikah haqqında şəhadətnaməsi;

4. Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;

5. Uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;

6. Uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd;

7. Uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;

 


 

Qeydlər:

- Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir.

- Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir.

- Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

 

 

  •  



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti