İkitərəfli münasibətlər
İkitərəfli münasibətlər
İkitərəfli münasibətlər
Azərbaycan - İrlandiya

Azərbaycan Respublikası və İrlandiya Respublikası arasında ikitərəfli münasibətlər

 

İrlandiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 1 iyul 1996-cı il tarixində qurulmuşdur.

 

İrlandiyanın Azərbaycanda səfirliyi mövcud deyil. İqamətgahı Ankarada olmaqla Azərbaycanda səfir Clare Brosnan təyin edilmişdir.

 

Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyi, həmçinin İrlandiyada akkreditə olunmuşdur.

 

13 mart 2024-cü il tarixində Terri Leyden Azərbaycanın Dublin şəhərində fəxri konsulu təyin olunmuşdur.

 Fəxri konsulun rəsmi "X" hesabı

 

Azərbaycan Irlandiya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

 

Parlamentlərarası əlaqələr

- 27-30 sentyabr 2023-cü il tarixlərində Azərbaycan MM sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlament Spikerlərinin Avropa Konfransında iştirak etmək üçün İrlandiyada işgüzar səfər etmişdir. Səfər çərçivəsində Sahibə Qafarova İslandiya Parlamentinin Nümayəndələr Palatasının sədri Şon Oferghail ilə görüş keçirmişdir.

 

AR MM-də Azərbaycan-İrlandiya Dostluq Qrupu mövcuddur. Qrupun sədri Erkin Qədirlidir.

 

İqtisadi sahədə əməkdaşlıq

İrlandiyanın ticarət və xidmət sahəsində fəaliyyət göstərən 12 şirkəti Azərbaycanda qeydiyyatdan keçmişdir.

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

15.54

0.04

15.5

2020

18.37

0.14

18.23

2021

61 867.03

41 755.98

20 111.05

2022

426 064.58

400 008.72

24 950.40

2023

394 674.43

369 724.03

55 184.20

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti