news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 noyabr 2025

Prezidentin köməkçisi Hikmət Hacıyev Britaniyanın Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Londonda Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdaysla görüşüb.

APA xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X”də bildirib.

Prezidentin köməkçisi Lord Con Alderdaysla görüşdən məmnunluğunu ifadə edib.

Hikmət Hacıyev qeyd edib ki, strateji tərəfdaşlıq ruhunda ikitərəfli ticarət, biznes və investisiya münasibətlərini daha da genişləndirmək, eləcə də süni intellekt, rəqəmsal transformasiya və əlaqəlilik sahəsindəki imkanlardan necə yararlanmaq barədə fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti