Mançester şəhərində səyyar konsulluq xidməti ilə bağlı elan
Əziz həmvətənlərimiz,
Azərbaycan Respublikası vətəndaşları üçün bir sıra konsulluq xidmətlərini əlçatan etmək məqsədilə
Səfirlik tərəfindən ilk dəfə olaraq 2026-cı ilin 21 fevral tarixində Mançester şəhərində səyyar
konsulluq xidmətləri təşkil olunacaqdır.
Səyyar konsulluq zamanı aşağıda qeyd olunan bir sıra xidmətlərlə yanaşı, konsulluq-hüquq sahəsində
sorğu-sual imkanı da yaradılacaqdır.
Səyyar konsulluq xidmətlərindən yararlanmaq istəyən şəxslərdən soyad, ad, ata adının, eləcə də
tələb olunan xidmət növünü consul_london@mission.mfa.gov.az elektron poçt ünvanına öncədən
göndərmələri xahiş olunur.
Mançester şəhəri
Tarix: 21 fevral 2026-cı il, şənbə günü
Saat: 10:00 – 14:00
Ünvan: Conference room 2, Pendulum Hotel Manchester, Sackville St, Manchester, M1 3BB;
Qeydiyyat: consul_london@mission.mfa.gov.az ünvanına şəxsin tam adı və xidmət növü.
Xidmət növləri:
- Pasportların verilməsi və ya dəyişdirilməsi üçün müraciətlərin qəbulu;
- Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsi üçün müraciətlərin qəbulu;
- Vətəndaşlıq məsələləri ilə əlaqədar müraciətlərin qəbulu;
- Xarici dövlətin doğum haqqında şəhadətnaməsınə sahib olan uşaqların doğumunun qeydiyyata alınması üçün müraciətlərin qəbulu;
- Müxtəlif arayışların alınması üçün müraciətlərin qəbulu;
- Konsulluq qeydiyyatı.