news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 fevral 2024

Londonda Azərbaycan vətəndaşlarının 62 faizi səsvermədə iştirak edib

Londonda aktiv seçici hüququna malik qeydiyyatdan keçmiş vətəndaşların 62 faizi indiyədək səsvermədə iştirak edib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov məlumat verib. O bildirib ki, seçkilər çox nizam-intizamla keçir və fəallıq yüksək səviyyədədir.

“Hazırda Londonda günorta saatlarıdır və indiyədək qeydiyyatdan keçən vətəndaşlarımızın 62 faizi artıq səs verib. Səsvermə davam edir. Eyni zamanda, olduqca qürurverici, rəmzi amildir ki, səfirliyin yeni binasında keçirilən ilk tədbir prezident seçkiləridir. Ümid edirəm ki, bu, xalqımızın yeni uğurlarının başlanğıcı olacaq”, - deyə səfir vurğulayıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti