news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 may 2025

Kral III Çarlz Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzdan

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

 

Həyat yoldaşım və mən Zati-alinizə və Azərbaycan xalqına milli bayramınız münasibətilə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunuq.

 

Mən çox şadam ki, ölkələrimiz belə sıx əlaqələrə malikdir və dostluğumuzun daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.

 

Ümidvaram və əminəm ki, ölkələrimiz qlobal miqyasda hamımıza təsir edən iqlim dəyişikliyinin və ətraf mühit problemlərinin müsbət həlli üçün əməkdaşlıq edə bilərlər.

 

Həyat yoldaşım və mən bayram münasibətilə Sizə və bütün azərbaycanlılara ən xoş arzularımızı yetirməkdən böyük məmnunluq duyuruq.

 

Hörmətlə,

 

Əlahəzrət III Çarlz

 

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti