news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 mart 2018

AZƏRBAYCAN RESPUBLİKASI PREZIDENTİ SEÇKİLƏRİ

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2018-ci il tarixli Sərəncamına uyğun olaraq növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2018-ci il aprelin 11-nə  təyin edilmişdir.

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyi ölkə ərazisində yaşayan və ya müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarını seçkilərdə iştirak etməyə dəvət edir.

Səsvermə Səfirliyin binasında 2018-ci il aprelin 11-də saat 8:00 AM-dən 07:00 PM-dək keçiriləcəkdir.

Seçkidə iştirak etmək üçün Azərbaycan Respublikası vətəndaşının etibarlı pasportunu özünüzlə götürməyiniz zəruridir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti