news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 oktyabr 2022

Lindsi Hoyl: "Britaniya Azərbaycanla münasibətlərin daha da dərinləşməsində maraqlıdır"

"Birləşmiş Krallıq Azərbaycanla münasibətlərin daha da dərinləşməsində maraqlıdır".

"Report" xəbər verir ki, bunu Böyük Britaniya Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib.

O, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini deyib: "İki ölkə arasında uğurlu dialoq mövcuddur. Parlamentlərimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi vacibdir. Dostluq qruplarının bu istiqamətdə qarşılıqlı səmərəli fəaliyyəti əhəmiyyət kəsb edir".

 

Lindsi Hoyl: "Britaniya Azərbaycanla münasibətlərin daha da dərinləşməsində maraqlıdır" | Report.az

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti