Konsulluq xidmətləri
Xaricdə Doğulmuş Uşaq üçün Qayıdış Şəhadətnaməsinə Müraciət Qaydası

Müraciət qaydası:

Birləşmiş Krallıqda, İrlandiyada və ya İslandiyada doğulmuş və valideynlərinin hər ikisi və ya biri Azərbaycan Respublikası vətəndaşı olan uşaq üçün Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi məqsədilə Səfirliyə şəxsən və ya poçt vasitəsilə müraciət edilə bilər.

Şəxsən müraciət edildiyi təqdirə vətəndaş elektron növbə portalı vasitəsilə növbə əldə edərək tələb olunan sənədləri təqdim etməlidir. Bu halda qayıdış şəhadətnaməsi müraciət zamanı rəsmiləşdirilərək təqdim olunur.

Poçt vasitəsi ilə müraciət edildikdə isə vətəndaş tələb olunan sənədləri, eləcə də üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış və haqqı ödənilmiş zərfi (hazır sənədi geri göndərmək məqsədilə) Səfirliyin ünvanına göndərməlidir. Səfirlik poçt göndərişinin itirilməsi və ya korlanmasına görə heç bir məsuliyyət daşımır. Yalnız sənədləri tam olan müraciətlər icraya qəbul edilir. 

Səfirliyin ünvanı: Embassy of the Republic of Azerbaijan, 66 Holland Park, London, W11 3SJ


Tələb olunan sənədlər:

1. Ərizə-anket (1-ci bölmə üzrə uşağın, 3-cü bölmə üzrə isə valideynin məlumatları doldurulur);

2. Doğum haqqında şəhadətnamənin əsli və surəti (sənəd mütləq apostil eilmiş olmalıdır);

3. İki ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);

4. Valideynlərin hər ikisinin pasport və ya şəxsiyyət vəsiqəsinin surəti;

 

Qeydlər:

  • 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.
Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti