2020-04-13
"Heydər Əliyev Mərkəzindən Böyük Britaniyaya dəstək

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 12-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.

Aprelin 3-dən etibarən virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi «COVID-19»un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını idarə edir."

back news prev news