news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 may 2026

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Cənab Prezident.

 

Müstəqillik Günü münasibətilə həyat yoldaşım və mən Zati-alinizə və Azərbaycan Respublikasının vətəndaşlarına ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

 

Bu əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir. İkitərəfli əlaqələrimizin möhkəmliyini yüksək qiymətləndirir və qarşıdakı illərdə əməkdaşlığımızın daha da genişləndirilməsinə sadiq qaldığımı bildirirəm.

 

Dövrümüzün ortaq çağırışları, xüsusilə iqlim dəyişikliyi və ətraf mühitimizin qorunması ilə bağlı məsələlərlə üzləşdiyimiz bir vaxtda ölkələrimizin təsirli və uzunmüddətli həllər naminə birgə fəaliyyətini davam etdirəcəyinə ümidvaram.

Həyat yoldaşım və mən qarşıdakı dövrdə sülh, firavanlıq, rifah diləyi ilə Sizə və bütün azərbaycanlılara ən səmimi salamlarımızı göndəririk.

 

Hörmətlə,

 

Əlahəzrət III Çarlz

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti