Müraciət qaydası:
Viza müraciəti şəxsən (appointment.mfa.gov.az vasitəsilə növbə götürərək) Səfirliyə təqdim edilməlidir. Qeyd edək ki, viza müraciətləri adətən 10 iş gününədək müddətdə baxılır. Lakin bəzi müraciətlərin baxılması daha artıq vaxt tələb edə bilər. Bununla əlaqədar, viza müraciətini səfər tarixindən ən azı bir ay əvvəl etməyiniz tövsiyə olunur.
Səfirliyin ünvanı: Embassy of the Republic of Azerbaijan, 66 Holland Park, London, W11 3SJ
Tələb olunan sənədlər:
-
Ərizə-anket (ərizə-anket onlayn doldurduqdan sonra çap edilməlidir);
-
Pasportun əsli və surəti (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);
-
İki ədəd ağ fonda rəngli fotoşəkil (3x4sm);
-
Turizm vizası üçün: sərnişin bileti (gediş və gəliş üçün), mehmanxanada yer sifariş edilməsini təsdiqləyən sənəd; İşgüzar səfər, elm və ya təhsil, əmək, müalicə, humanitar səfər, mədəniyyət və idman vizaları üçün: dəvət edən tərəfin vəsatəti (vəsatət hüquqi şəxs tərəfindən edilmiş müraciət əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilir); Şəxsi səfər vizası üçün: notarial qaydada təsdiq edilmiş dəvət məktubu və dəvət edən tərəfin şəxsiyyətini təsdiq edən sənədin surəti;
-
Tibbi sığorta şəhadətnaməsi (səyahət sığortası);
-
Səfər ilə bağlı xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olma barədə müvafiq sənəd (son üç ayın bankdan çıxarışı);
-
Miqrasiya statusunun yoxlanılmasl üçün paylaşım kodu (status ən azı altı ay müddətinə etibarlı olmalıdır) - Birləşmiş Krallıqda yaşayanlar üçün. İrlandiya və İslandiya sakinləri üçün isə, ən azı altı ay müddətinə etibarlı olan yaşayış icazəsinin surəti.;
-
Ödənilmiş və öz ünvanınız qeyd olunduğu zərf (poçt ofislərindən əldə etmək olar) - müraciət baxıldıqdan sonra pasportunuzun poçt vasitəsilə göndərilməsini istədiyiniz təqdirdə. Səfirlik sənədlərin daşınma zamanı itməsi və ya zədələnməsinə görə məsuliyyət daşımır.
-
Dövlət rüsumu (müraciət zamanı bank kartı vasitəsilə ödənilə bilər);
-
Birdəfəlik viza rüsumu 18£, çoxdəfəlik viza isə 300£ təşkil edir.
-
Nağd ödəniş qəbul edilmir;
-
Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır;
-
Qeydlər:
-
18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur.
-
Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əlavə məlumat üçün: https://www.migration.gov.az/az/oyq