Konsulluq xidmətləri
Azərbaycan Respublikası Vətəndaşlığa Mənsubiyyətin Müəyyənləşdirilməsi

Müraciət qaydası:

Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə  Səfirliyə şəxsən və ya poçt vasitəsilə müraciət edilə bilər. Müraciət baxılması üçün aidiyyəti üzrə Dövlət Miqrasiya Xidmətinə göndərilir və cavabın daxil olmağı ümumilikdə 1 ay müddətində baş verir.

Şəxsən müraciət edildiyi təqdirə vətəndaş elektron növbə portalı vasitəsilə növbə əldə edərək tələb olunan sənədləri təqdim etməlidir.

Poçt vasitəsi ilə müraciət edildikdə isə vətəndaş tələb olunan sənədləri, eləcə də üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış və haqqı ödənilmiş zərfi (hazır sənədi geri göndərmək məqsədilə) Səfirliyin ünvanına göndərməlidir. Səfirlik poçt göndərişinin itirilməsi və ya korlanmasına görə heç bir məsuliyyət daşımır. Yalnız sənədləri tam olan müraciətlər icraya qəbul edilir.

Səfirliyin ünvanı: Embassy of the Republic of Azerbaijan, 66 Holland Park, London, W11 3SJ.


Tələb olunan sənədlər:

1. Ərizə-anket;

2. İki ədəd 3x4 sm ölçüdə fotoşəkil;

3. Pasportun və ya şəxsiyyətini təsdiq edən digər sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd). Bu sənədlərdən heç birinin olmadığı təqdirdə, valideynlərinin şəxsiyyətini təsdiq edən sənəd;

4. Doğum haqqında şəhadətnamənin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);

5. Yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti;

6. 10£ məbləğində dövlət rüsumu;

  • Nağd ödəniş qəbul edilmir və rüsum müraciət zamanı bank kartı vasitəsilə ödənilə bilər;
  • Müraciət poçt vasitəsilə göndərildiyi təqdirdə “Embassy of the Republic of Azerbaijan” ünvanına dövlət rüsumu ödənilən “Postal order” təqdim edilməlidir;

Qeyd: Müəyyən xüsusi hallarda əlavə sənədlər tələb oluna bilər.


Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar:

 

1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa;

Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla);

2. Valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla);

3. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa;

4. Valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə;

5. Əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa;

6. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa;

Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa;

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti